• Bakı 13° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şəhid bulağından oğurluq edildi - VİDEO

HADİSƏ

23 Dekabr 2025 | 17:03

Şəhid bulağından oğurluq edildi - VİDEO

Paytaxtın Nizami rayonunda silsilə oğurluq hadisəsi baş verib.

Bakıvaxtı.az DİN-ə istinadən xəbər verir ki, naməlum şəxs müxtəlif vaxtlarda rayon ərazisində yerləşən şəhidlərin xatirəsinə tikilmiş bulaqdan iki ədəd su kranı, eyni zamanda üç avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlayıb. Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı Kamran Qasımov müəyyən olunaraq saxlanılıb. Həmin şəxsin törətdiyi hadisələr təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.

Faktlarla bağlı araşdırmalar aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026