• Bakı 13° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Saytlara girişdə yaranan problemlə bağlı RƏSMİ AÇIQLAMA

CƏMİYYƏT

18 Noyabr 2025 | 16:36 | Müəllif: Qalib İbrahimoğlu

Saytlara girişdə yaranan problemlə bağlı RƏSMİ AÇIQLAMA

"Hazırda qlobal kibertəhlükəsizlik xidmətləri göstərən "Cloudflare" şirkətinin qlobal şəbəkəsində genişmiqyaslı texniki problem müşahidə olunur. Bu nasazlıq nəticəsində ölkəmizdə də bir sıra internet resurslarının fəaliyyətində fasilələr yaranıb və xidmətlərə əlçatanlıq məhdudlaşıb".

Bu barədə Bakıvaxtı.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirllyi yanında Elektron Təhlükəsizlik Xidmətindən (ETX) bildirilib.

Qurum qeyd edir ki, yaranmış problem lokal infrastruktur və ya milli internet şəbəkəsi ilə bağlı deyil:

"Çətinlik birbaşa "Cloudflare"in beynəlxalq şəbəkəsində baş verən texniki nasazlıqdan qaynaqlanır və bütün dünyada çoxsaylı istifadəçilərə təsir göstərir".

Məlumat üçün bildirək ki, nasazlıqla bağlı "Cloudflare" də açıqlama yayıb. Açıqlamaya görə, şirkət hazırda bir neçə müştəriyə təsir edən qlobal səviyyəli nasazlığı araşdırır və aradan qaldırılması istiqamətində iş görür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026