• Bakı 13° C

    2.29 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Şahbuzda ağır qəza - yaralılar var

HADİSƏ

22 May 2024 | 16:56

Şahbuzda ağır qəza - yaralılar var

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonunun Külüs kəndi ərazisində baş verib. Belə ki, "Mercedes" markalı avtomobilin aşması nəticəsində Şahbuz rayon Külüs kənd sakinləri, 2007-ci il təvəllüdlü Cəfərli Vurğun Elgün oğlu, 2008-ci il təvəllüdlü Vəliyev Yaqub Xəyal oğlu, Quliyev Sinan Məzahir oğlu və 2011-ci il təvəllüdlü Məmmədov Barat Qənimət oğlu xəsarət alıb. 

Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.

İlkin məlumata görə, uşaqlardan biri maşını valideynlərindən icazəsiz götürərək qəza törədib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026