• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şagird yerdəyişməsi dayanıb - YENİLƏNİB

CƏMİYYƏT

12 Yanvar 2022 | 18:06 | Müəllif: Qalib İbrahimoğlu

Şagird yerdəyişməsi dayanıb - YENİLƏNİB

Bu gün saat 18:00 tarixindən etibarən şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalı vasitəsilə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılıb.

Bu barədə Bakıvaxtı.az-a Təhsil Nazirliyindən bildirilib.

*** 10:04

Bu gün saat 18:00 tarixindən etibarən şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalı vasitəsilə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq.

Bu barədə Bakıvaxtı.az-a Təhsil Nazirliyindən bildirilib. Verilən məlumata görə, səbəb məktəblərdə siniflərin II yarımil üçün komplektləşdirilməsi ilə bağlıdır.

Nazirlikdən o da bildirilib ki, portalın fevral ayının ikinci yarısında yenidən aktivləşdirilməsi planlaşdırılır.

Qeyd edək ki, buraxılış imtahanlarına görə XI sinif şagirdlərinin yerdəyişməsi tədris ilinin sonunadək aktiv edilməyəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR