Şabran rayonu ərazisində meşə massivində daha bir yanğın qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Şabran Fövqəladə Hallar Komissiyasından bildirilib. Məlumata görə, rayonun Kirvar kəndi istiqamətində meşə massivində yeni yanğın baş verib. Kənd yanğından mühafizə olunub.
Meşə massivində davam edən yanğının söndürülməsi üçün zəruri işlər davam etdirilir.
















