• Bakı 10° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Sabiq baş nazirin qızı baş nazir oldu

DÜNYA

26 Fevral 2024 | 14:41 | Müəllif: Qalib İbrahimoğlu

Sabiq baş nazirin qızı baş nazir oldu

Pakistan Müsəlman Liqasının yüksək vəzifəli funksioneri Məryəm Nəvaz Şərif Pəncab əyalətinin baş naziri seçilib.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, Pakistanın sabiq baş naziri Məhəmməd Nəvaz Şərifin qızı əyalətin qanunvericilik məclisinin 327 deputatından 220-nin səsini alıb. Onun rəqibi olan Vahid Sünni Şurası partiyasının təmsilçisi Rəna Aftab Əhməd Xanın namizədliyini isə qanunverici orqanın yalnız 103 deputatı dəstəkləyib.

Məryəm Nəvaz Şərif Pakistan tarixində ilk qadın baş nazir olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026