• Bakı 18° C

    3.01 m/s

Rusiyada ordu komandanı ÖLDÜRÜLÜB

DÜNYA

14 Sentyabr 2026 | 14:25 | Müəllif: Əli Hüseynov

Rusiyada ordu komandanı ÖLDÜRÜLÜB

Rusiya ordusunun 51-ci ümumqoşun ordusunun komandanı, general-leytenant Sergey Milçakovun Ukraynanın Donetskdə Rusiya qüvvələrinin komanda məntəqəsinə endirdiyi zərbə nəticəsində öldüyü bildirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə bir sıra Rusiya və Ukrayna mediası və “Atesh” partizan hərəkatı məlumat yayıb.

    Məlumata görə, Milçakovun avqustun 26-da Donetskdə Rusiya qüvvələrinin əsas və ehtiyat komanda məntəqələrinə endirilən raket zərbəsi nəticəsində ölməsi ehtimal olunur.

    Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı avqustun 26-da və 27-nə keçən gecə Donetsk ərazisində Rusiya qüvvələrinin əsas və ehtiyat komanda məntəqələrinin havadan buraxılan raketlərlə vurulduğunu açıqlayıb.

    Qərargah zərbələr nəticəsində düşmənin itkilərinin dəqiqləşdirildiyini bildirib.

    Rusiya tərəfi Milçakovun öldüyü barədə məlumatı hələlik təsdiqləməyib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    23 Oktyabr 2026