• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiyada ikinci səfərbərlik dalğası başlayır?

DÜNYA

12 Oktyabr 2022 | 22:55 | Müəllif: Subhan Mahmudov

Rusiyada ikinci səfərbərlik dalğası başlayır?

Rusiyanın Rostov və Voronej vilayətlərində qubernatorlar tərəfindən yeni tapşırıqlar və səfərbərlik tədbirlərinin davam etdirildiyi barədə açıqlamalar verilib.

Bakıvaxtı.az oxu.az-a istinadən bildirir ki, Müharibə Tədqiqat İnstitutunun (ISW) mütəxəssisləri hesab edir ki, bu, böyük ehtimalla, qeyd edilən bölgələrdə məntəqə çağırış komissiyalarının müəyyən edilmiş standartlara uyğun fəaliyyət göstərməməsi ilə bağlıdır.

Rostov vilayətinin qubernatoru Vasili Qolubev bildirib ki, region qarşısında "yeni səfərbərlik tapşırıqları" qoyulub. Həmçinin qeyd edib ki, məntəqə çağırış komissiyaları tərəfindən müvafiq sərəncamın yerinə yetirilməsinə başlanılıb, lakin təfərrüatları açıqlamayıb.

Voronej vilayətinin qubernatoru Aleksandr Qusev isə qeyd edib ki, hərbi xidmətə çağırış oktyabrın 10-dan sonra uzadılacaq.

Rusiyanın bu bölgələrində ikinci səfərbərlik dalğasının başlanıb-başlamadığı hələlik məlum deyil.

Eyni zamanda səfərbərlikdən cəza tədbirləri və ya şantaj kimi istifadə halları da qeydə alınır.

Məsələn, Maqadan vilayətinin qubernatoru Sergey Nosov qızıl mədən şirkətinin rəhbərinin səfərbərliyə çağırılması ilə bağlı göstəriş verib, buna səbəb isə şirkətin işçiləri arasında çağırış kampaniyası keçirilməsindən imtina edilməsi olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026