• Bakı 13° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rumıniyada növbəti zəlzələ oldu

DÜNYA

22 Fevral 2023 | 19:17 | Müəllif: Subhan Mahmudov

Rumıniyada növbəti zəlzələ oldu

Rumıniyanın cənub-qərbindəki Qorj rayonunda 4,4 bal gücündə zəlzələ olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yer Fizikası Milli İnstitutu məlumat yayıb.

Episentri 15 kilometr dərinlikdə olan zəlzələ nəticəsində tələfat və dağıntılar barədə məlumat verilməyib.

İnstitut ötən həftə Qorj rayonunda qeydə alınan 5 baldan yuxarı iki zəlzələ ilə bağlı toplanmış məlumatların təhlilini dərc edib. Qurumun məlumatına görə, indiyədək 810 afterşok qeydə alınıb ki, onlardan 300-nün maqnitudası 1-1,5, 240-nın isə 1,5-2 bal olub. Fevralın 17-də isə Rumıniyada bir gündə 171 zəlzələ qeydə alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026