• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rəşad Nəbiyev Salim Atayla görüşüb

SİYASƏT

17 Iyun 2021 | 19:52

Rəşad Nəbiyev Salim Atayla görüşüb

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Türkiyə Prezidenti Administrasiyasının İnsan Resursları Ofisinin rəhbəri Salim Atayla görüş keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə insan resursları sahəsində əməkdaşlığa dair məsələlər müzakirə predmeti olub.

Türkiyə tərəfi ilə ölkəmizdə innovasiyaların təşviqinə yönəlmiş kadr potensialının hazırlanması istiqamətində birgə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026