• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Real”dan yeni rekord

İDMAN

21 Avqust 2024 | 09:52

“Real”dan yeni rekord

İspaniyanın “Real Madrid” klubu yeni rekorda imza atıb.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, klub buna İspaniya La Liqasının 1-ci turunda səfərdə “Malyorka” (1:1) ilə matçda nail olub.

Belə ki, “Real” İspaniya çempionatı tarixində ən uzun məğlubiyyətsizlik seriyasını davam etdirib. “Kral klubu” ardıcıl 33 oyundur ki, La Liqada uduzmur - 24 qələbə 9 bərabərlik.

“Real”ın əvvəlki belə seriyası 1988-ci ilin mayından 1989-cu ilin aprelinə qədər qeydə alınıb. Madrid təmsilçisi 21 qələbə və 9 heç-heçə ilə yadda qalıb.

Qeyd edək ki, “Real” növbəti matçını avqustun 25-də “Valyadolid”ə qarşı keçirəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026