• Bakı 22° C

    6.67 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

“Real” və PSJ ona “elçi düşdü”

İDMAN

08 Sentyabr 2026 | 22:27 | Müəllif: Subhan Mahmudov

“Real” və PSJ ona “elçi düşdü”

Almaniyanın “Bavariya” klubunun və Fransa milli komandasının 24 yaşlı cinah hücumçusu Maykl Olise avropalı nəhənglərin diqqət mərkəzində qalmaqda davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məşhur türkiyəli insayder Əkrəm Konur “X” hesabında paylaşım edib.

Bildirilib ki, Fransanın PSJ və İspaniyanın “Real Madrid” klubları ulduz futbolçunun transferi üçün hərəkətə keçməyə hazırlaşırlar.

Məlumata görə, hər iki nəhəng klub qış transfer pəncərəsi açılan kimi mühüm addımlar atmağı planlaşdırır. Lakin “Bavariya” heyətin əsas simalarından olan Oliseni asanlıqla buraxmaq niyyətində deyil. Münhen təmsilçisi fransalı vingerin transfer qiymətini 200-230 milyon avro civarında dəyərləndirir.

Qeyd edək ki, Olise cari mövsümdə “Bavariya”nın heyətində keçirdiyi 3 rəsmi oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib. Futbolçunun Almaniya klubu ilə qüvvədə olan müqaviləsinin müddəti 2029-cu ilə qədər nəzərdə tutulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR