• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Muzey Mərkəzində təsviri sənət üzrə “Milli motivlər” adlı ustad dərsi keçirilib - FOTOLAR

CƏMİYYƏT

23 Dekabr 2025 | 19:14 | Müəllif: Subhan Mahmudov

Muzey Mərkəzində təsviri sənət üzrə “Milli motivlər” adlı ustad dərsi keçirilib - FOTOLAR

Dekabrın 23-də Muzey Mərkəzində media nümayəndələri üçün təsviri sənət üzrə “Milli motivlər” adlı ustad dərsi keçirilib.

Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən təşkil olunan ustad dərsi “Konstitusiya və Suverenlik İli” çərçivəsində gerçəkləşib. 

Bakıvaxtı.az xəbər verir ki, layihənin məqsədi milli mədəni irsin təbliği, ənənə və müasirliyin vəhdətinin nümayişi, ictimaiyyətin diqqətinin bu sahəyə yönəldilməsindən ibarətdir. 

Peşəkar rəssam Məhərrəm Əlinin keçdiyi ustad dərsində iştirakçılara milli ornamentlərin, ənənəvi rəng həllərinin və Azərbaycan təsviri sənətinə xas motivlərin tətbiqi barədə məlumat verilib, praktiki nümunələr nümayiş etdirilib.

Ustad dərsi çərçivəsində media nümayəndələri rəsmlər çəkərək qabiliyyətlərini ortaya qoymağa çalışıblar. İştirakçılara öz ideyalarını ifadə etmək üçün hər cür şərait yaradılıb. 

Məhərrəm Əli yaradıcılıq prosesində diqqət edilməli məqamlar barədə öz tövsiyələrini verib.


Muzey Mərkəzində təsviri sənət üzrə “Milli motivlər” adlı ustad dərsi keçirilib - FOTOLARMuzey Mərkəzində təsviri sənət üzrə “Milli motivlər” adlı ustad dərsi keçirilib - FOTOLARMuzey Mərkəzində təsviri sənət üzrə “Milli motivlər” adlı ustad dərsi keçirilib - FOTOLARMuzey Mərkəzində təsviri sənət üzrə “Milli motivlər” adlı ustad dərsi keçirilib - FOTOLARMuzey Mərkəzində təsviri sənət üzrə “Milli motivlər” adlı ustad dərsi keçirilib - FOTOLARMuzey Mərkəzində təsviri sənət üzrə “Milli motivlər” adlı ustad dərsi keçirilib - FOTOLARMuzey Mərkəzində təsviri sənət üzrə “Milli motivlər” adlı ustad dərsi keçirilib - FOTOLARMuzey Mərkəzində təsviri sənət üzrə “Milli motivlər” adlı ustad dərsi keçirilib - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026