• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qubada ağır qəza: 5 nəfər xəsarət aldı

HADİSƏ

12 Dekabr 2024 | 20:48 | Müəllif: Subhan Mahmudov

Qubada ağır qəza: 5 nəfər xəsarət aldı

Quba şəhərində yol-nəqliyyat hadisəsi baş verib, 5 nəfər xəsarət alıb.

Bakıvaxtı.az-ın Report-a istinadən məlumatına görə, hadisə şəhərin Ə.Nərimanov küçəsində qeydə alınıb.

Beləki, "VAZ" və "Nissan" markalı avtomobillərin toqquşması nəticəsində 27 yaşlı Yardımlı rayon sakini - Heydər Ataşlı, Quba rayon sakinləri - 35 yaşlı Samir Qədirov, 26 yaşlı Emin İsayev, 23 yaşlı Rəsul Rəhimov və 24 yaşlı Aslan Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Quba rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026