• Bakı 12° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Qubad İbadoğlu ev dustaqlığına buraxılmadı

CƏMİYYƏT

01 Avqust 2023 | 11:46

Qubad İbadoğlu ev dustaqlığına buraxılmadı

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatətə baxılıb.

Bakıvaxtı.az xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən iclasda partiya sədrinin vəkili Zibeydə Sadıqova çıxış edərək müvəkkilinin həbsdə qalması üçün zərurət olmadığını deyib.

Məhkəmə seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi üçün əsaslar müəyyən olunmadığını qeyd edərək təqsirləndirilən şəxsin həbsinin davamına qərar verib.

Qeyd edək ki, Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsiilə ittiham olunur.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026