• Bakı 13° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qızıl zərgərlik məmulatları aşkar edilib

İQTİSADİYYAT

23 Avqust 2021 | 12:15

Qızıl zərgərlik məmulatları aşkar edilib

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin (HNBGİ) əməkdaşları zərgərlik məmulatlarının Azərbaycan Respublikasının gömrük sərhədindən qanunsuz olaraq keçirmə cəhdinin qarşısını alıblar.

Bakıvaxtı.az xəbər verir ki, HNBGİ Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Bakı-İstanbul aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşı "Qırmızı Kanal"a keçərkən mütləq qaydada bəyan etməli əşyaları elektron və yazılı formada bəyan etməyib.

Vətəndaşın yükləri rentgen aparatından keçən zaman monitorda zərgərlik məmulatlarının təsvirləri görünüb.

Yoxlama zamanı vətəndaşa məxsus qara rəngli çamadanın içərisində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən, ümumi çəkisi 128 qram olan qızıl zərgərlik məmulatları - 3 ədəd sırğa-üzük dəsti, 1 ədəd sırğa-üzük-klon dəsti və 1 ədəd boyunbağı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026