Qəzzada ölənlərin sayı artıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, son 24 saat ərzində 45 nəfər ölüb, 77 nəfər yaralanıb.
Bununla da Təxminən 10 ay əvvəl Qəzzaya hücuma başlayan İsrail qüvvələri 39 445 nəfəri öldürüb, 91 073 nəfəri isə yaralayıb.
Ölənlər arasında 16 mindən çox fələstinli uşağın olduğu bildirilib.
Mina Mikayılova
















