• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Qazaxda iki nəfər bıçaqlandı

HADİSƏ

18 Mart 2022 | 08:55 | Müəllif: Qalib İbrahimoğlu

Qazaxda iki nəfər bıçaqlandı

Qazaxda iki bıçaqlanma hadisəsi olub.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisələrdən biri Qazaxbəyli kəndində qeydə alınıb. Belə ki, rayon sakini, 1999-cu il təvəllüdlü S.Adıgözəlov mübahisə zəminində bıçaqlanıb.

O, Qazax Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Yaralının vəziyyətinin kafi olduğu bildirilir.

Digər hadisə isə Hüseynbəyli kəndində qeydə alınıb (report.az). Kənd sakini, 2001-ci il təvəllüdlü S.Hüseyov mübahisə zəminində bıçaq xəsarəti alıb.

O, xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatları hələ məlum deyil.

Hər iki faktla bağlı araşdırmalara başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR