• Bakı 10° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Qaxda meşədə itkin düşən şəxsin kimliyi məlum oldu - YENİLƏNİB

CƏMİYYƏT

26 Iyul 2023 | 16:21

Qaxda meşədə itkin düşən şəxsin kimliyi məlum oldu - YENİLƏNİB

Qax rayonunun İlisu kənd sakini, 1992-ci il təvəllüdlü Kamallı Rəhman Sədrəddin oğlunun iyulun 23-də təxminən saat 20 radələrində dağlıq-meşəlik ərazidə naməlum istiqamətdə gedərək itkin düşməsi barədə yaxınları tərəfindən polisə müraciət edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, rayon polis şöbəsinin və digər aidiyyəti qurumların əməkdaşları axtarışlara cəlb olunub. Onun tapılması istiqamətində tədbirlər keçirilir.

 

15:35

Qax rayonunun Ağçay kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə itkin düşən şəxsin kimliyi məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, həmin şəxs İlisu kənd sakini, 1993-cü il təvəllüdlü Rəhman Sədrəddin oğlu Kamalovdur.

O, iyul ayının 23-dən etibarən Ağçay kəndi istiqamətində dağlıq ərazidə itkin düşüb.

Hazırda FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinin aparılması üçün əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Hazırda axtarış-xilasetmə işləri həyata keçirilir. 

 

14:59

Qaxda meşədə bir nəfər itkin düşüb.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

FHN-in "112" qaynar telefon xəttinə Qax rayonunun Ağçay kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə naməlum şəraitdə 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinin aparılması üçün əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Hazırda axtarış-xilasetmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026