• Bakı C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

Qaxda dələduz həbs olunub

HADİSƏ

17 Yanvar 2026 | 11:14

Qaxda dələduz həbs olunub

Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş müraciətlər əsasında həyata keçirdikləri tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini ələ keçirən 31 yaşlı Elmin Sutayev saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, o, zərərçəkənlərin iri və xırdabuynuzlu mal-qarasını dələduzluq yolu ilə alıb, həmçinin rayon sakininə digər həqiqətə uyğun olmayan vədlər verib.

    Faktla bağlı cinayət işi başlanılıb, E.Sutayev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


    SON XƏBƏRLƏR

    17 Yanvar 2026