• Bakı 23° C

    5.75 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq

CƏMİYYƏT

17 Yanvar 2026 | 09:31 | Müəllif: Qalib İbrahimoğlu

Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq

Bu gün Biləsuvar rayonun bəzi ərazilərində elektrik enerjisi olmayacaq.

Bu barədə Bakıvaxtı.az-a "Azərişıq"dan bildirib.

Məlumata görə, Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 11 saylı 10 kV-luq hava xəttində təmir işi aparılacaq.

Yarımstansiyada həyata keçirilən gücləndirmə işləri ilə əlaqədar saat 11:00-dan 13:00-dək şəhər ərazisində Mübariz İbrahimov, Nizami, Mirzə Ələkbər Sabir, Tofiq İsmayılov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

"Təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Oktyabr 2026