• Bakı C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

Atlantik okeanında zəlzələ oldu

DÜNYA

18 Yanvar 2026 | 00:18

Atlantik okeanında zəlzələ oldu

Atlantik okeanında, Britaniyanın Xarici Ərazisi olan Cənubi Corciya və Cənubi Sendviç Adaları sahillərində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Çilinin Punta Arenas şəhərindən 2690 km şimal-şərqdə yerləşib. Zəlzələ ocağının dərinliyi 68 km olub.

Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.


SON XƏBƏRLƏR

17 Yanvar 2026