Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 13:15 radələrində Qaradağ rayonu ərazisindən yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə çağırış daxil olub.
Bu barədə Bakıvaxtı.az-a TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan kişi cinsli şəxs aşağı ətrafın travması diaqnozu ilə Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına təxliyə olunub. Xəsarət alan digər şəxsin (qadın cinsli) isə həkiməqədər ölümü qeydə alınıb.
***14:56
Bakının Qaradağ rayonu ərazisində ağır qəza olub.
Bakıvaxtı.az xəbər verir ki, Bakı istiqamətində hərəkətdə olan avtomobil yolu keçmək istəyən piyadanı vurub.
Bunun ardınca daha 3 maşın bir-birinə dəyib.
Hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir.








jpg-1726490130.webp)







