"Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bundan sonra 1 441,7 km uzunluğunda yollar salınacaq".
Bakıvaxtı.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev YAP-ın təşkilatçılığı keçirilən "Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə" adlı elmi-praktiki konfransda deyib.
Onun sözlərinə görə, bu yollar qarşıdakı 20 ildə istifadəyə veriləcək və onlar nəinki indi, hətta 2041-ci ildə cəmi 61% yüklənəcək. Nazir deyb ki, halbuki dünyada bu rəqəm 85% civarındadır: "Bu, bir daha dövlətimizin işğaldan azad edilmiş ərazilərə olan diqqət və qayğısını göstərir".
R,Nəbiyev bildirib ki, hazırda sözügedən istiqamətdə xüsusi konsepsiya hazırlanır: "101 km uzunluqda Zəfər Yolu artıq istifadəyə verilib və ümumi uzunluğu 1 441,7 kilometr təşkil edən digər 15 yol layihəsi də ardıcıl olaraq tamamlanacaq".
















