• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Qarabağ" daha bir oyunçu transfer etdi

İDMAN

11 Iyul 2025 | 22:45 | Müəllif: Subhan Mahmudov

"Qarabağ" daha bir oyunçu transfer etdi

"Qarabağ" yeni mövsüm üçün növbəti transferini reallaşdırıb.

Bakıvaxtı.az xəbər verir ki, Portuqaliyanın “Mafra” klubu ilə aparılan danışıqlar uğurla nəticələnib və yarımmüdafiəçi Kris Kuaku heyətə cəlb olunub.

Fil Dişi Sahilindən olan 25 yaşlı futbolçu ilə "2+2" illik müqavilə imzalanıb. Yarımmüdafiəçi “Qarabağ”da "6" nömrəli forma ilə çıxış edəcək.

Peşəkar karyerasına 2018-ci ildə Tunisin “Sfaksien” klubunda başlayan Kris 4 il sonra Danimarka təmsilçisi “Midtyullann”a keçib. O, 2023-cü ildən “Mafra”nın formasını geyinib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026