• Bakı 10° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Putin və Pezeşkian Rusiyada danışıqlar aparacaqlar

DÜNYA

13 Yanvar 2025 | 16:30

Putin və Pezeşkian Rusiyada danışıqlar aparacaqlar

Rusiya Prezidenti Vladimir Putin və bu ölkəyə rəsmi səfər edəcək İran Prezidenti Məsud Pezeşkian arasında danışıqlar yanvarın 17-də keçiriləcək.

Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"İkitərəfli əməkdaşlığın, o cümlədən ticari-investisiya, nəqliyyat-logistika və humanitar sahələrdə əlaqələrin daha da genişləndirilməsi perspektivlərinin, həmçinin regional və beynəlxalq gündəliyin aktual məsələlərinin müzakirəsi nəzərdə tutulur", - məlumatda qeyd olunub.

Danışıqların sonunda Putin və Pezeşkian Rusiya ilə İran arasında hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi imzalayacaq və mətbuat üçün bəyanatlarla çıxış edəcəklər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026