Bakıda davamlı olaraq qayda pozuntuları edən sürücüyə 15 sutka inzibati həbs cəzası verilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə qərar Nizami rayon Məhkəməsində qəbul edilib.
Hadisə paytaxtın Babək prospektində qeydə alınıb. Belə ki, prospekt istiqamətində davamlı olaraq qayda pozuntuları edən sürücüyə saxla əmri verilməsinə baxmayaraq ətrafdakı insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan yol hərəkəti qaydalarını və ictimaiyyət əleyhinə olan qaydaları açıq şəkildə pozan sürücü saxlanılmış saxlanıldıqdan sonrada polis əməkdaşlarına qarşı tabesizlik göstərib. Şəxs ərazi aidiyyatı üzrə 23-cü PB-yə təhvil verilib barəsində toplanmış material isə hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim edilib.
10:30
"Paytaxtın Babək prospekti istiqamətində davamlı olaraq qayda pozuntuları edən sürücü Nicat Həsənliyə saxla əmri verilməsinə baxmayaraq, ətrafdakı insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan yol hərəkəti qaydalarını və ictimaiyyət əleyhinə olan qaydaları açıq şəkildə pozduğu üçün saxlanılıb".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib. O bildirib ki, sürücü saxlanıldıqdan sonra da polis əməkdaşlarına qarşı tabesizlik göstərib:
"Şəxs ərazi aidiyyatı üzrə 23-cü PB-yə təhvil verilib barəsində toplanmış material isə hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim edilib. Məhkəmənin qərarı barədə ictimaiyyətə əlavə məlumat təqdim ediləcək", - deyə DYP rəsmisi bildirib.
09:22
Bakıda polisə tabe olmayan sürücü saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, 77-EY-438 dövlət qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin sürücüsü qayda pozuntusu törədib və polis ona "saxla" əmri verib.
Sürücü isə polisə tabe olmayıb. Nəticədə polis əməkdaşları onu süni sıxlıq yaradaraq saxlayıblar.
















