Perunun cənubunda iki avtobusun toqquşması nəticəsində ən azı beş nəfər həlak olub, 16 nəfər yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, qəza Çili ilə sərhəd yaxınlığında, Takna şəhərindəki Cənubi Panamerika şossesində baş verib.
İlkin ehtimala görə, avtobuslardan biri qarşı hərəkət zolağına çıxaraq yük maşınını ötməyə cəhd edib və digər sərnişin nəqliyyatı vasitəsi ilə toqquşub.
Xəsarət alanların əksəriyyətinin vəziyyəti sabitdir, bir nəfərdə ağır sınıqlar var.
Aidiyyəti qurumlar baş verən hadisənin bütün hallarını müəyyənləşdirir.
Bakı 



