• Bakı 10° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Patrik Şik həftənin ən yaxşısı olmağa namizəddir

İDMAN

15 Mart 2024 | 09:35

Patrik Şik həftənin ən yaxşısı olmağa namizəddir

UEFA Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, 1/8 final mərhələsinin cavab görüşlərinin ardından UEFA 4 oyunçunu fərqləndirib.

Onlar arasında “Qarabağ”la qarşılaşmanın qəhrəmanı olan Almaniyanın “Bayer 04” klubunun hücumçusu Patrik Şik də var. 90+3 və 90+8-ci dəqiqələrdə vurduğu qollarla Leverkuzen təmsilçisinə həm 3:2 hesablı qələbə, həm də 1/4 finala adlamaq sevinci yaşadan çexiyalı forvard ən yaxşı olmağa namizəddir.

Onun rəqibləri Məhəmməd Kudus (“Vest Hem”, İngiltərə), Məhəmməd Salah (“Liverpul”, İngiltərə) və Rafael Leaodur (“Milan”, İtaliya).

Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşdiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026