• Bakı 13° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Papa ilk çıxışını etdi - VİDEO

DÜNYA

09 May 2025 | 01:05 | Müəllif: Subhan Mahmudov

Papa ilk çıxışını etdi - VİDEO

Yeni seçilmiş Roma Papası XIV Lev ilk çıxışını edib.

Bakıvaxtı.az xəbər verir ki, çıxış “Vatikan News” kanalında yayımlanıb.

“Hamınıza sülh olsun. Bu, dirilmiş Məsihin, Yaxşı Çobanın ilk salamıdır. Ailələrinizə, bütün millətlərə və bütün yer üzünə sülhün gəlməsini arzulayıram. Silahsız, sadə bir dünya. Şübhəsiz ki, Allah hamımızı sevir”, - pontifik deyib.

Sonra o, əvvəlki Papa Fransiskə təşəkkür edib və onun Pasxa xeyir-duasını xatırladıb.

“Məsih bizdən öndə gedir. Dünyanın onun işığına ehtiyacı var. Bəşəriyyətin ona Tanrı və Onun sevgisinin keçə biləcəyi bir körpü kimi ehtiyacı var. Bizə dialoq vasitəsilə körpülər qurmağa kömək edin ki, həmişə sülh içində ola bilək. Təşəkkür edirəm, Papa Fransisk”, - XIV Lev əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026