“Peşə Təhsili Agentliyinin yaradılması peşə təhsilinin inkişafına müəyyən təkan verdi. Lakin bir müddət sonra durğunluq yarandı".
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri deputat Etibar Əliyev Milli Məclisin plenar iclasında səsləndirib.
Deputat deyib ki. 6 ildə 5 direktor dəyişib: "Təhsil pillələri arasında zəif əlaqə mövcuddur”.
E.Əliyev bu sahədə bir sıra statistik göstəricilərə də diqqət çəkib: “Ötən il icbari təhsilini başa vurmuş 11 min şagird və 11-ci sinifi başa vuran 6 min nəfər peşə təhsilinə üz tutub. Bu peşə təhsilinin durumudur. Çox aşağı göstəricisidir. Bu il 11-ci sinif məzunlarından 23650 nəfəri 0-50 bal toplayıb. Ölkədə savadsızlıq tüğyan edir”.
Spiker Sahibə Qafarova deputatın “ölkədə savadsızlıq tüğyan edir” fikirlərinə cavab olaraq qeyd edib ki, bu cür fikir səsləndirmək doğru olmazdı: "Çünki təhsil sahəsində ölkəmizdə kifayət qədər addımlar atılır".
Nuranə Daxilqızı




jpg-1653562772.webp)










