• Bakı 8° C

    1.78 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Öldüyü iddia edilən Şahzadədən xəbər var

DÜNYA

18 Mart 2024 | 14:25

Öldüyü iddia edilən Şahzadədən xəbər var

Dünya mediasında aylardır ictimaiyyət arasında görünməyən Uels şahzadəsi Keyt Middltonun vəfat etdiyi ilə bağlı iddialar yer alıb. Hətta məsələ ilə bağlı İngiltərə kral ailəsinin "böyük açıqlama" verəcəyi də bildirilib. 

Bakıvaxtı.az xəbər verir ki, bunun fonunda  İngiltərənin "The Sun" qəzeti Uels şahzadəsi barəsində yayılan xəbərləri təkzib edib. 

Qəzetdə yer alan məlumata görə, Uels şahzadəsi əri Şahzadə Uilyam ilə evinin yaxınlığındakı bir yerdə alış-veriş edərkən görüntülənib. Hadisə şahidi qəzetə "Bütün dedi-qodulara baxmayaraq, qarşımda məşhur cütlüyü görəndə donub qaldım. Keyt Uilyamla alış-veriş edirdi, xoşbəxt və yaxşı görünürdü" deyib. Cütlük alış-veriş zamanı heç bir şəkil çəkdirməyə icazə vermədiyi üçün onların heç bir fotoşəkili yayımlanmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR