• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Norveçli səyahətçilər Cıdır düzündə olublar

GÜNDƏM

02 May 2024 | 12:58

Norveçli səyahətçilər Cıdır düzündə olublar

Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu – “Vagaclub”un 30 nəfərdən ibarət heyəti Şuşada Cıdır düzündə olub.

Bakıvaxtı.az xəbər verir ki, qonaqlar Şuşa qalasına da baş çəkib, şəhərdə aparılan bərpa işlərinin gedişi ilə tanış olublar.

Nümayəndə heyətinin üzvləri Ermənistanın işğal zamanı törətdiyi cinayətlərin nəticələrini gözləri ilə görüblər.

Qeyd edək ki, tanınmış səyyah Yorn Auqestadın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərindədir. Norveçli səyahətçilər Qarabağda və Şərqi Zəngəzurda erməni vandalizminin izləri ilə tanış olurlar.Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026