İsraildə baş nazir Benyamin Netanyahu hökumətini əvəz etmək üçün erkən seçkilərin keçirilməsinə çağırışlarla etirazlar başlayıb .
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.
Məlumata görə, minlərlə etirazçı İsrail və HƏMAS arasında qarşıdurma başlayandan bəri Netanyahu hökumətinə qarşı keçirilən ən böyük nümayişlərdən birində Qüdsdə İsrail Knesset parlamenti binası qarşısında küçələrə çıxıb .
Belə ki, Netanyahu oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan əvvəl baş vermiş uğursuzluqlara görə məsuliyyəti öz üzərinə götürməkdən imtina etdiyinə və Qəzza zolağında yaraqlılar tərəfindən saxlanılan girovların evə gətirilməsi ilə bağlı HƏMAS ilə razılığa gələ bilmədiyinə görə kəskin tənqid edilib.
Mitinqin dörd gün davam edəcəyi gözlənilir.
Mina Mikayılova
















