• Bakı 14° C

    1.22 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Nazirlikdən Baş Prokurorluğa ETİRAZ

CƏMİYYƏT

22 Aprel 2021 | 15:09

Nazirlikdən Baş Prokurorluğa ETİRAZ

Bir sıra KİV və sosial media səhifələrində Məmmədov Oruc Nüsrət oğlunun həbs edilməsi ilə bağlı yayılan məlumatlarda onun 7 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri kimi qeyd edilməsi doğru deyil.

Bakıvaxt.az  xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi (ƏƏSMN) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, Oruc Məmmədov əmək funksiyalarının icrasında yol verdiyi kobud nöqsanlara görə hələ 26 oktyabr 2020-ci il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə həmin komissiyanın sədri vəzifəsindən azad edilib.

Agentlik hesab edir ki, 6 ay əvvəl vəzifəsindən azad edilmiş şəxsin yenə də həmin vəzifədə olması kimi qələmə verilməsi əsassızdır və yolverilməzdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026