Ekologiya və Təbii Sərvətlər Nazirliyi keçirdiyi tender müsabiqəsinin qalibini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, tender müsabiqəsinin qalibi “Floreal” MMC olub.
Qalib şirkət əlamətdar günlərlə əlaqədar olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 13 min 222 manat dəyərində gül və əklillər satacaq.
Qeyd edək ki, ötən il də adıçəkilən şirkət eyni adlı tenderin qalibi olub.
Tender müsabiqəsinin qalibi olan “Floreal” MMC 30.09.2019-cu il tarixində dövlət qeydiyyatına alınıb. 12,3 min manatlıq tenderin qalibi olan MMC Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov, ev 27a ünvanında qeydiyyatdadır. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Murad Şahtaxtinski Qurban oğludur.
Ramid İbrahimov
















