• Bakı 12° C

    2.98 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Moskvada 10-dan çox ticarət mərkəzində bomba həyəcanı

DÜNYA

30 Yanvar 2023 | 00:28 | Müəllif: Subhan Mahmudov

Moskvada 10-dan çox ticarət mərkəzində bomba həyəcanı

Əməliyyat xidmətlərinin mütəxəssisləri və hüquq-mühafizə orqanlarının əməkdaşları Moskvada 10-a yaxın ticarət mərkəzində partlayıcı qurğuların quraşdırılması ilə bağlı məlumatları yoxlayırlar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə bazar günü Rusiyanın fövqəladə hallar xidmətlərindən məlumat verilib.

“Hazırda bomba təhlükəsi ilə bağlı anonim xəbərlər daxil olduqdan sonra Moskvanın müxtəlif rayonlarında, o cümlədən paytaxtın mərkəzindəki “Oxotnıy Ryad”da təxminən on ticarət mərkəzində partlayıcı əşyaların və maddələrin olub-olmaması yoxlanılır”, - məlumatında deyilir.

Bildirilir ki, bəzi obyektlər boşaldılıb.

Qeyd olunub ki, yoxlamaların nəticələrə barədə ictimaiyyətə məlumat veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026