• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Misir Prezidenti Azərbaycanı təbrik etdi

SİYASƏT

19 Dekabr 2024 | 17:20

Misir Prezidenti Azərbaycanı təbrik etdi

Misir Prezidenti Əbdül Fəttah əs-Sisi Azərbaycanı “İslam Səkkizliyi” (D-8) təşkilatına üzv olması münasibətilə təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, o, bunu təşkilatın Qahirədə keçirilən sammitində çıxışı zamanı deyib.

"Fürsətdən istifadə edərək Azərbaycanı D-8 təşkilatına qoşulması münasibətilə təbrik etmək istərdim. Bu addım, şübhəsiz ki, bugünkü müzakirələri zənginləşdirəcək və ölkələrimiz arasındakı münasibətlərdə yeni səhifə açacaq", - əs-Sisi vurğulayıb.

Qeyd edək ki, bu gün təşkilatın sammitində Azərbaycanın D-8-ə üzv olması barədə yekdil qərar qəbul edilib.

“İslam Səkkizliyi” (D-8 - Organization for Economic Cooperation) – 1997-ci ildə üzv ölkələr (Türkiyə, İran, Nigeriya, Misir, Pakistan, İndoneziya, Malayziya və Banqladeş) arasında iqtisadi əməkdaşlığın inkişafı məqsədilə yaradılmış beynəlxalq təşkilatdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026