Mingəçevirdə 37 yaşlı qadını qətlə yetirməkdə şübhəli bilinən keçmiş əri saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən qadının keçmiş əri, 1979-cu il təvəllüdlü Mirzəyev Ceyhun Ömər oğlu saxlanılıb.
19:19
Minçəçevirdə 37 yaşlı qadının qətlə yetirilməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə şəhərin Energetiklər yaşayış massivinin Naxçıvan küçəsində yerləşən yataqxanalardan birində baş verib. Qətl hadisəsinin ailə münaqişəsi zəmində baş verdiyi və qadının əri tərəfindən bıçaqlanaraq öldürüldüyü məlum olub.
Onun saxlanması istiqamətində hüquq-mühafizə orqanları əməliyyat tədbirləri həyata keçirir.
18:13
Martın 10-da saat 17:30-da Mingəçevir şəhərində yerləşən evlərin birində 1987-ci il təvəllüdlü Məmmədova Aytən Sərvan qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcəkdir.
















