• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Meymunçiçəyi bu yollarla YAYILIR

CƏMİYYƏT

11 Avqust 2022 | 13:59 | Müəllif: Qalib İbrahimoğlu

Meymunçiçəyi bu yollarla YAYILIR

Dünyada  meymunçiçəyindən ölüm halları çoxalıb, virus hər gün yeni bir ölkəyə keçir. Meymunçiçəyi pandemiya elan olunsa da, ona qarşı sərt karantin tədbirləri görülmür. Bu xəstəliyin təmas vasitəsi ilə yoluxduğunu nəzərə alsaq, hansısa karantin qaydalarının tətbiqinə ehtiyac varmı?

İnfeksionist Nicat Əzimli Bakıvaxtı.az-a bildirib ki, xəstə şəxs üçün 21 gün karantin müddəti məsləhət görülür: “Meymunçiçəyi birbaşa və dolayı təmasla yayılan xəstəlik olduğu üçün təmasların azaldılmasında yarar var. Xüsusilə xəstə şəxsin ətrafındakı və onunla kontaktda olmuş insanlar xəstəliyə qarşı vaksin olunmalı və nəzarətdə qalmalıdırlar”.

İctimaiyyət arasında kütləvi tədbirlərdən danışsaq, infeksionistə görə,  hələlik buna ehtiyac yoxdur: “Lakin, fərdi olaraq nəzərə alınmalıdır ki, xəstəlik bu yollarla yayılır:

Xəstənin dərisindəki səpgilərə, xəstənin bədən mayelərinə birbaşa təmas zamanı;

Yoluxmuş şəxslə 4 saatdan uzun müddətdə eyni mühitdə olduqda;

Hava damcı yolu ilə;

Cinsi əlaqə zamanı;

Yoluxmuş şəxsin dərisindəki səpgilərə təmas etmiş paltarları və digər şəxsi əşyaları ilə;

Yoluxmuş hamilə anadan dölə ötürülmə yolu ilə”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026