• Bakı 8° C

    1.78 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Metroda ödəniş bu cür ediləcək

CƏMİYYƏT

20 Iyun 2023 | 11:40

Metroda ödəniş bu cür ediləcək

Bakı metropoliteninin iki stansiyasında avtobuslarda nağdsız ödəniş üçün hazırlanan yeni mobil tətbiqin QR kodu vasitəsilə ödənişin tətbiqi nəzərdə tutulur.

Bakıvaxtı.az xəbər verir ki, bunu "K Group" MMC-nin ("BakıKart"ın operatoru) direktoru Orxan Bayramov avtobuslarda nağdsız ödənişlər üçün yeni mobil tətbiqin təqdimatı ilə bağlı keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə iş aparılır: "Tətbiqin QR kodu ilkin olaraq təzə stansiyalarda mümkün olacaq".

O. Bayramov vurğulayıb ki, avtobuslarda tətbiq vasitəsilə ödəniş isə onu tam istifadəyə veriləndən sonra olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR