• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Məşq etdiyim şəhər dağıdılıb" - Şevçenko

İDMAN

12 Mart 2022 | 21:50 | Müəllif: Subhan Mahmudov

"Məşq etdiyim şəhər dağıdılıb" - Şevçenko

Ukrayna millisinin sabiq baş məşqçisi  Andrey Şevçenko sözügedən ölkədə qalan ilə üzvlərindən  və müharibədən danışıb.

Bakıvaxtı.az "Football İtalia"ya istinadən xəbər verir ki, o, bunlarla bağlı deyib: “Bir çox döyüş olub. Anam və bacım ağır vəziyyətdə olan insanları evlərinə qəbul ediblər. Buçada nə yemək var, nə də elektrik. Artıq beş gündür ki, bacımın dostları zirzəmidə yerin altında yaşayırlar. Ərazidə dəhşətli partlayışlar olub. Buça və ətraf şəhərlər İrpen və Qostomel... Mən bu şəhərləri yaxşı tanıyıram və onlar tamamilə dağıdılıb. Bina qalmayıb. Mən gənc oyunçu olanda Buçaya məşq etməyə getmişdim. Dəhşətdir”.

Qeyd edək ki, fevralın 24-də Rusiya və Ukrayna arasında müharibə başlayıb. (qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026