Xəbər verdiyimiz kimi, bu gün Bakıda məktəbli qız yaşadığı mənzilin balkonundan özünü ataraq intihar edib.
Bakıvaxtı.az xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, gənc qız 245 saylı məktəbdə təhsil alırmış. Onun universitetə hazırlaşdığı deyilir.
Onun valideynləri ilə problemləri olub.
***
15:15
Bu gün Bakının Xətai rayonunda məktəbli qız intihar edib.
Bakıvaxtı.az "qafqazinfo.az"a istinadən xəbər verir ki, Q.Məmmədov küçəsində yerləşən çoxmərtəbəli binada 02.05.2005-ci il təvəllüdlü Xumar Babayeva özünü yaşadığı binanın 7-ci mərtəbəsindən binadan atıb.
Nəticədə o, binanın qarşısında dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazovun üstünə düşüb. 17 yaşlı Xumar aldığı xəsarətlərdən hadisə yerində ölüb. N.Zahidov isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, ötən gün Xumarın doğum günü olub.
***
13:24
Bakıda məktəbli intihar edib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Qədir Məmmədov küçəsində qeydə alınıb.
İlkin məlumata görə, 11-ci sinifdə oxuyan qız özünü binadan atıb. Nəticədə o yol keçən kişinin üstünə düşüb. Qızın öldüyü, kişinin isə vəziyyətinin ağır olduğu bildirilir.(lent.az)



















