• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Məktəblər tətilə çıxır

DÜNYA

22 May 2023 | 14:34

Məktəblər tətilə çıxır

Türkiyədə prezident seçkilərinin ikinci turu ilə əlaqədar məktəblərdə birgünlük tətil olacaq.

Bakıvaxtı.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli təhsil naziri Mahmut Özer bildirib.

Nazirin sözlərinə görə, seçki prosesi əsasən məktəblərdə keçirilir. Bu səbəbdən mayın 29-da məktəblərdə dərs olmayacaq.

Qeyd edək ki, Türkiyədə mayın 14-ü keçirilən prezident seçkiləri zamanı hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 49,52%, CHP sədri Kamal Kılıçdaroğlu 44,88%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17%, Məmləkət partiyasının sədri Muharrem İnce isə 0,44% səs toplayıb.

Namizədlərdən heç kim 50 faizdən çox səs yığmadığına görə, seçkilərin ikinci turu mayın 28-i baş tutacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026