• Bakı 9° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Masallıda bir nəfər su anbarında batıb - YENİLƏNİB

CƏMİYYƏT

21 Avqust 2025 | 12:55 | Müəllif: Qalib İbrahimoğlu

Masallıda bir nəfər su anbarında batıb - YENİLƏNİB

Masallıda su anbarında batan şəxsin axtarışı davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, suda batan şəxsin Masallı rayonunun İsi kənd sakini 1958-ci il təvəllüdlü Mirmusa Güləhməd oğlu Aslanov olduğu ehtimal edilir.

    Məlumata görə, M.Aslanov ötən gün saat 18:00 radələrində evdən çıxaraq özünə məxsus mal-qaranın ardınca gedib. Dünəndən ondan heç bir xəbər olmayıb. Kənd sakinlərinin axtarışı nəticəsində M.Aslanovun geyim əşyaları su anbarının yanında tapılıb. Onun su anbarında batdığı ehtimal olunur.

    Rayonun Qəriblər kəndindəki Viləşçay su anbarında axtarışlara FHN-nin dalğıc-axtarış qrupunun əməkdaşları cəlb olunub.

    ***

    08:44

    Masallıda bir nəfər su anbarında batıb.

    Bakıvaxtı.az bu arədə Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir.

    Məlumata görə, hadisə rayonun İsi kəndi yaxınlığında Viləşçay su anbarında qeydə alınıb. Belə ki, nazirliyin "112" qaynar telefon xəttinə su anbarında 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.

    Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

      Əlavə məlumat veriləcək.


      Batıgöz reklamMedia İnkişaf

      SON XƏBƏRLƏR

      25 Noyabr 2026