• Bakı 12° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Makron özünü Zelenskiyə oxşadır

DÜNYA

15 Mart 2022 | 15:00 | Müəllif: Qalib İbrahimoğlu

Makron özünü Zelenskiyə oxşadır

Sosial mediada Fransa Prezidenti Emmanuel Makronun yeni imicindən danışılır.

Bakıvaxtı.az xəbər verir ki, daha əvvəl ancaq rəsmi formada görünən Fransa liderinin Yelisey sarayında çəkilən son görüntülərdə cins şalvar və kapüşon geyindiyi görünür.

Makronun şəxsi fotoqrafı tərəfindən yayımlanan görüntülər qısa zamanda müzakirələrə səbəb olub.

Üzünü təraş etməyən Makronun Ukrayna lideri Volodimir Zelenskini təkrarladığı iddiası sosial mediada günün mövzusuna çevrilib.

Qeyd edək ki, Ukrayna Prezidentin müharibənin ilk günündən yaşıl köynək və kapüşonda kameralar qarşısına çıxır. Tez-tez selfi videoları ilə mesajlar verən V.Zelenski qısa zamanda qlobal populyarlıq qazanıb.

Aytac Aslan


Makron özünü Zelenskiyə oxşadırMakron özünü Zelenskiyə oxşadır
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026