• Bakı 13° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Lukaşenko: "Tezliklə prezident postundan gedəcəyəm"

DÜNYA

09 Avqust 2021 | 17:25

Lukaşenko: "Tezliklə prezident postundan gedəcəyəm"

“Lukaşenkonun vəzifəsindən gedəcəyi vaxtı axtarıb tapmağa ehtiyac yoxdur. Tezliklə bu, olacaq”.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlər və ictimaiyyət nümayəndələri ilə görüşündə deyib.

“Mən bu ölkədə böyümüşəm. O mənimdir. Təqaüdə çıxmaq və başqa bir işlə məşğul olmağı təsəvvür edə bilmirəm. Lakin bu, o demək deyil ki, mən vəzifə kürsüsündən dördəlli yapışmışam. Yox. Məndən sonra da adamlar gələcək. Hətta tezliklə. Ancaq siz bu dəyişikliyin vaxtı ilə bağlı narahat olmayın. Lukaşenkonun nə vaxt gedəcəyini tapmacaya çevirməyin. Bu, çox tezliklə olacaq”, - deyə Aleksandr Lukaşenko bildirib.

Belarus Prezidenti bildirib ki, bir il əvvəl ölkə siyasi təlatüm yaşadı və həmin hadisələr ölkəyə başçılıq edə biləcək 15-20 nəfərin olduğunu sübut etdi.

Qeyd edək, Aleksandr Lukaşenko 1994-cü il iyunun 20-dən Belarusun prezidentidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026