• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Lukaşenko 123 nəfəri əfv etdi 

DÜNYA

13 Dekabr 2025 | 20:47 | Müəllif: Subhan Mahmudov

Lukaşenko 123 nəfəri əfv etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko kalium sənayesinə qarşı ABŞ-nin sanksiyalarının ləğvinə cavab olaraq müxtəlif ölkələrin 123 vətəndaşını azadlığa buraxıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Belarus Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, əfv olunanlar arasında Belarus müxalifətinin liderlərindən biri olan Mariya Kolesnikova da yer alır.

Qeyd olunub ki, azadlığa buraxılan şəxslər daha əvvəl casusluq, terrorçuluq, ekstremist fəaliyyət və digər maddələr üzrə məhkum ediliblər.

Xatırladaq ki, Aleksandr Lukaşenko son dövrlərdə Böyük Britaniya, ABŞ, Litva, Ukrayna, Latviya, Avstraliya və Yaponiya vətəndaşları da daxil olmaqla ümumilikdə 156 nəfəri əfv edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026