Türkiyənin xarici işlər naziri Hakan Fidanla rusiyalı həmkarı Sergey Lavrov arasında ABŞ-nin Nyu-York şəhərində keçirilən görüşündə Cənubi Qafqazdakı durum müzakirə olunub.
Bakıvaxtı.az xəbər verir ki, tərəflər regionda problemlərinin qarşısının alınması üçün addımların əlaqələndirilməsi barədə razılığı təsdiqləyiblər.
H.Fidan və S.Lavrov, həmçinin Suriya, Yaxın Şərq və Qara dəniz ətrafındakı durum barədə də danışıblar.
***
09:20
Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin mənzil-qərargahında Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Danışıqların mövzusu açıqlanmayıb.
Qeyd edək ki, bundan əvvəl Lavrov BMT-də İran, Livan və İndoneziyanın xarici işlər nazirləri ilə görüşüb.

















