• Bakı 23° C

    6.99 m/s

Lavrov: Aİ Ermənistanı aldadacaq 

DÜNYA

16 Sentyabr 2026 | 16:17 | Müəllif: Günəş Mərd

Lavrov: Aİ Ermənistanı aldadacaq

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın Avropa İttifaqına inteqrasiyası ilə bağlı İrəvanın gözləntilərinin reallaşmaya biləcəyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Lavrov bu barədə Beynəlxalq Gənclər Festivalında çıxışı zamanı danışıb.

“Əgər söhbət Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətinin Avropa İttifaqına olan istəklərindən gedirsə, düşünürəm ki, Aİ hakimiyyəti bizi aldada bilər və əlbəttə ki, aldadacaq. Ermənistanın Türkiyə və məsələn, Serbiyanın onilliklərdir növbəyə durduğu Avropa İttifaqına necə düşə biləcəyini düşünmürəm”, – deyə Rusiya XİN rəhbəri qeyd edib.

Murad İsmayıl 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026